Menu

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb

06.12.2022, 13:13
Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun 5 dekabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Şərhlər

Çavuş 2022-12-06 14:16:55

Əsgəri o həddə kimlər çatdırıb.Axı o sağlam və xidmətə yararlı olmasa idi orada olmazdı.Deməli hərbidə nəsə qeyri normal şərait yaradan,insanı cana doyduran halların baş verməsi nəticəsidir.Təəsüf ki, bu hal ilk deyil.Deməli....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol