“Laçın dəhlizi Rusiya Federasiyası Silahlı Qüvvələrinin tam nəzarəti altındadır”.
“AzPolitika.info” xəbər verir ki, bunu dekabrın 20-də Ermənistan Milli Assambleyasının növbədənkənar iclasında hakim “Mülki müqavilə” partiyasından olan deputat Arman Eqoyan deyib.
Bundan sonra deputat özünə Ermənistan Respublikası, yoxsa Rusiya Federasiyası güclüdür sualnı verib: “Mənə elə gəlir ki, Rusiya. Daha böyük ordusu var, atom bombaları və raketləri var, iqtisadiyyatı daha güclüdür. İndi müxalifət mahiyyətcə bizə belə sual ünvanlayır: “Ermənistan Respublikası, Rusiya Federasiyasının bacarmadığını niyə siz edə bilmirsiniz?” Dedikləriniz heç bir məntiqə sığmır. Başqa bir sual, belə bir vəziyyətdə necə davranmalıyıq. Laçın dəhlizi məsələsində Ermənistan Rusiya Federasiyasına kömək etməlidir, ya yox? Əgər kömək edirsə, deməli, kömək etdiyini bildirməliyəm. Məsələn, o, BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb”, - hakim partiyadan olan deputat bildirib.
Deputat Arman Aqoyanın bu açıqlaması əslində Laçın yolunda yaranmış vəziyyətə aydınlıq gətirir. Azərbaycan XİN dəfələrlə bəyan edib ki, yolu bağlamayıb, erməni əhali oradan sərbəst istifadə edə bilər. Yol Rusiya sülhməramlı qüvvələri tərəfindən bağlanıb və bu məsələyə aydınlıq gətirmək üçün yerli ermənilər oradan istifadə edə bilərlər.
Azərbaycan rəsmiləri bundan əvvəl də dəfələrlə bildiriblər ki, 10 noyabr bəyanatı icra olunmalıdır, oradakı qanunsuz silahlı birləşmələr tərksilah edilməlidir, habelə Laçın yolu vasitəsi ilə onların silah-sürsat və s. təminatları həyata keçirilə bilməz. Bundan sonra ənənəvi sərbəstlik olmayacaq, amma bu qadağa Qarabağda yaşayan erməni əhalisinə aid deyil. Onların Laçın yolundan istifadəsinə hər hansı məhdudiyyət qoyulmayıb. Qarabağdakı separatçı cinayətkar rejimin başçılarının, o cümlədən Ruben Vardanyanın erməni əhalinin blokadaya alınması barədə çağırışları cəfəngiyyatdır və çirkin məqsədlərə xidmət edir.
Ermənistanın hakim partiyadan olan deputatının yuxarıda təqdim olunan çıxışı da separatçı başbilənlərin, onların havadarlarının bəyanatlarının Azərbaycana qarşı “qara piar” olduğunu təsdiq edir.
“AzPolitika.info”


Şərhlər