Menu

“Mal aylarla, illərlə gömrükdə qala bilməz" – Gömrük qaydaları sadələşdiriləcək

21.12.2022, 00:58
“Mal aylarla, illərlə gömrükdə qala bilməz" – Gömrük qaydaları sadələşdiriləcək

Azərbaycanda malların gömrük dəyərinin müəyyən edilməsi qaydaları sadələşdiriləcək. Bununla bağlı "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi ilə bağlı layihə Milli Məclisə təqdim olunub və artıq birinci oxunuşdan keçib.

Layihəyə görə, malların gömrük dəyərinin müəyyən edilməsi sadə, ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, hazırda gömrükdə tariflərin düzgün müəyyənləşdirilməməsi ən ciddi problemlərdən biridir.

Onun sözlərinə görə, qanuna dəyişikliyinin əsas məqsədi gömrük dəyərinin düzgün müəyyənləşdirilməsi və gömrük mallarının vaxtlı-vaxtında buraxılmasıdır: "Gömrük dəyərinin müəyyənləşdirilməsi ilə əlaqədar şəffaflığın təmin edilməsi əsas məsələlərdən biridir. Həm də gömrük qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilib. O qaydalara da müəyyən dəyişikliklər təmin ediləcək. Mal gətirən şəxs verdiyi bəyannaməyə artıq bir gün ərzində cavab alacaq. Artıq aylarla, illərlə mal gömrükdə qala bilməz".

O qeyd edib ki, malların dəyərinin düzgün müəyyənləşməsindən çox şey asılıdır: "Ona əsasən vergilər müəyyən edilir".

“AzPolitika.info”

Şərhlər

Cəmşid Dərələyəzli 2022-12-21 08:55:38

Təssüf ki, əksər vaxtlarda mal sahiblərinin gətirdikləri malların dəyərini özündə əks etdirən qaimə fakturalar göz ardı edilir, kömrük işçiləri araşdırmadan falçı metodu ilə özlərindən qiymət qoyurlar. Bu qiymətlər bəzən həin malların Azərbaycanda pərakəndə qiymətini ötüb keçir. Bəli elə bir sistem qurulmalıdır ki, bu falçı metoduna nəhayyət də bir son qoyulsun. Demirəm fırıldaqçılıq edib mallarının deyərini xaricdə az yazdıranlar da var. Amma elə bir sitem oluşmalıdır ki, buna da ehtiyac qalmasın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol