Menu

Ermənilər saxta şəkillər üçün piştaxtaları boşaldırlar - FOTOLAR

06.01.2023, 17:53
Ermənilər saxta şəkillər üçün piştaxtaları boşaldırlar - FOTOLAR

Ermənistan saytlarından dünya KİV-lərinə Qarabağın ermənilər məskunlaşan hissəsində guya boş olan mağaza piştaxtalarının fotoşəkilləri daxil olur. Bu fotoşəkillər dünyanı Azərbaycanlı piketçilərin Laçın yolunu tərk etməsi üçün Azərbaycana təzyiq göstərmək zərurətinə inandırmaq məqsədi daşıyır.

Amma diqqətlə baxdıqda "iztirab çəkən qəhrəman xalq" haqqında bəzi fotoşəkillərin saxta olduğu görünür.

Səhnələşdirilmiş saxta şəkilləri Ukraynanın Qualiko özəl səhmdar cəmiyyətinin məhsulları ələ verir - bu, beynəlxalq bazarlara məhsul ixrac edən beynəlxalq toyuq əti brendidir. Şirkətin təsisçisi və əsas benefisiarı Ukrayna qəhrəmanı Yuri Kosyukdur. Qualiko məhsullarının dileri Praym Fud Armenia-dır.

Fotoşəkildə boş piştaxtalar əksini tapır, onların altında dondurulmuş Qualiko broyler qutuları və qablaşdırılmış 900 qramlıq dondurulmuş broyler fileləri görünür. Yəni əldə toyuq əti var və müvəqqəti olaraq piştaxtalardan və soyuducu kameralardan yığışdırılıb.

Yalan məlumat yayanlar, eləcə də saxta şəkillərdən istifadə edənlər süjetin daha inandırıcı olması üçün daha diqqətli olmalı idilər.

Ermənilər saxta şəkillər üçün piştaxtaları boşaldırlar

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol