Menu

Bakıda "İran nemətləri" mağazasında Azərbaycan dilində markalanmamış məhsullar aşkarlanıb

06.01.2023, 19:29
Bakıda "İran nemətləri" mağazasında Azərbaycan dilində markalanmamış məhsullar aşkarlanıb

Bakıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları "İran nemətləri" mağazasında Azərbaycan dilində markalanmamış məhsullar aşkar edib.

"Report"un xəbərinə görə, Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 7-də yerləşən bu obyektdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və Azərbaycan dilində markalanması olmayan məhsulların satıldığı aşkarlanıb.

Qeyd edək ki, AQTA əməkdaşlarının yanvarın 5-də keçirdiyi monitorinqlər zamanı ümumilikdə 24müəssisədə nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol