“Ərazilərimizdəki qeyri-qanuni istismarın bütün region üçün təhlükə olduğunu dünya bilməlidir”.
Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyədə səfərdə olan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.
O deyib ki, Ermənistanın işğalı nəticəsində uzun illərdən bəri soydaşlarımızın müxtəlif istiqamətlərdə hüquqları pozulub və bu barədə rəhbərlik etdiyi institut beynəlxalq ictimaiyyətə, müxtəlif ölkələrdə fəaliyyət göstərən ombudsmanlara mütəmadi olaraq müraciət edib, məlumatlar verib:
“Azərbaycanın əzəli torpaqlarında bilirsiniz ki, bir çox müharibə cinayətləri törədilib. Bu gün də beynəlxalq hüquqla tanınan ərazilərimizdə qeyri-qanuni istismar həyata keçirilir. Təbii ki, bu, yalnız Azərbaycan üçün deyil, bütün region üçün böyük bir təhlükədir. Hesab edirəm ki, dinc aksiyaçılarımıza dünyada fəaliyyət göstərən bir çox qeyri-hökumət təşkilatları, ekoloqlar və digər müvafiq qurumlar da dəstək verməlidir”.
Qeyd edək ki, S.Əliyeva Ankarada keçirilən “21-ci əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda beynəlxalq konfransda iştirak edir.


Şərhlər
Ərazilrimizə nəzarət etmək üçün dövlət strukturları,Daxili işlər.Təhlükəsizlik .məhkəmə qurumları mövcud olduğu halda biz ölkə ,ərazi daxilində gedən qeyri qanuni prodeddlərin həlli üçün xarici qurumlara müraciət etməliyik? Burada məntiq varmı?Sadəcə ölkəni mövcud qanun,qaydalarla.Konsritusiya ilə idarə etməyi bacarmaq vacibdir.Ölkə daxili problemlər ölkə daxiliTəhbərliyi tərəfinən həll edilməlidir və bunubacaran hakimiyyət formalaşmalıdır.
30 ildir davam edən hallar niyə indi təşviş taradıb?Buna oçvudsmanın cavabl varmı?Ərailər dağıdılır-susuruq,ərazilər talan edilir-səsimiz çıxmır.ərazilizə bizə qarşı silah daşınır-dinmirik.Beləliklə bu hakimiyyət ölkəni hara sürüklədiyinin fərqindədirmi?