Menu

PUTİNDƏN NÖVBƏTİ HƏMLƏ – Ukraynadakı işğalçı müharibəyə o rəhbərlik edəcək

12.01.2023, 16:37
PUTİNDƏN NÖVBƏTİ HƏMLƏ – Ukraynadakı işğalçı müharibəyə o rəhbərlik edəcək

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynadakı işğala cavabdeh olan Birləşmiş Hərbi Qüvvələrin rəhbəri təyin edilib.

“AzPolitika.info” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, Rusiya ordusunun Ukraynaya doğru komandanlıq səviyyəsində dəyişikliklər edildiyi bildirilib.

Gerasimovun Birləşmiş Hərbi Qüvvələrin rəhbəri təyin olunduğu bildirilən açıqlamada onun köməkçisi vəzifəsini Birləşmiş Hərbi Qüvvələrin və Hava-Kosmik Qüvvələrinin keçmiş komandanı Sergey Surovikinin icra edəcəyi qeyd edilib.

Həmçinin bəyanatda qeyd olunub ki, Quru Qoşunlarının komandanı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini Aleksey Kim də Gerasimovun köməkçiləri təyin edilib.

“Dəyişikliklər Rusiya ordusunun bölmələri arasında qarşılıqlı əlaqənin daha sıx təşkili, bütün növ dəstəyin keyfiyyətinin artırılması və qoşunların idarə olunmasının effektivliyi ilə bağlıdır”, - məlumatda bildirilir.

Elvin

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol