“Naxçıvanda baş verənlər sırf siyasi məsələdir. Doğrudur, Vasif Talıbovun istefası və digər addımlar rüşvət və korrupsiya ilə əlaqələndirilir. Lakin hesab edirəm ki, burada əsas məsələ Vasif Talıbovun siyasi fiqur kimi özünü müstəqil aparması, mərkəzi hakimiyyətə faktiki olaraq tabe olmaması, dövlət siyasətinin ziddinə fəaliyyət göstərməsidir”.
“AzPolitika.info” xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu “Azpost.info” saytına müsahibəsində Naçıvanda baş verən dəyişiklikləri şərh edərkən deyib.
Partiya sədri “dövlət siyasətinin ziddinə fəaliyyət” deyəndə Vasif Talıbovun hansı addımlarını nəzərdə tutursunuz” sualına belə cavab verib: “Məsələn, Azərbaycanın İranla münasibətləri gərgindir. Amma Vasif Talıbov onlarla əməkdaşlıq edirdi. Yaxud Azərbaycanın, eyni zamanda Türkiyənin maraqlarına zidd olaraq Rusiya ilə yaxınlıq edirdi. Ortada hələ beynəlxalq terror təşkilatları ilə əlaqələr də var. Bütün bunlar, əlbəttə ki, mərkəzi hakimiyyətin siyasətinə zidd idi. Ona görə də, nəhayət, onu vəzifədən uzaqlaşdırdılar”.
S.Cəlaloğlu hesab edir ki, Naxçıvanın muxtariyyəti də ləğv oluna bilər: “Əgər Zəngəzur dəhlizi açılsa, o zaman Azərbaycanla Naxçıvan arasında quru yol açılır. Oradan Bakıya 5 saatlıq yoldur. Bu halda Naxçıvanın statusuna ehtiyac yoxdur. Əgər quru əlaqəmiz varsa, əlavə vəsait xərcləyib ikinci bir dövlət aparatı saxlamaq yersizdir”.
O, Naxçıvanda dəyişiklikdən sonrakı vəziyyət barədə də danışıb: “İnsanlar bir az ümidlənib. Amma mən optimist deyiləm. Söhbət ondan gedir ki, Naxçıvanla bağlı dövlətçilik baxımından mühüm addımlar atılıb. Naxçıvan artıq Azərbaycana inteqrasiya etməyə başlayıb. Amma problem təkcə bu deyildi axı. Orada uzun illər insanların hüquqları pozulub, əmlakları əllərindən alınıb, rəsmi gücdən əhaliyə qarşı istifadə olunub. Bütün bunlarla bağlı da tədbir görülməlidir”.
“AzPolitika.info”


Şərhlər
Mərkəzi hakimiyyətə belə sərf edirdi ona görə də 30 ildir bunları görmürdü. . Nağıl danışma.
O ki, qaldı Naxçıvanın Muxtariyyatı məsələsinə . Son dövrdə Azərbaycan Dövlət Başçısının Ölkədə, xüsusən də Naxçıvan Muxtar Respublikasında islahatlara start verməsi, ağıllarda Naxçıvanın muxtar quruluşu ilə bağlı bir deprem yaradıb. Bu barədə fikir bildirən müxtəlif təbəqələrin nümayəndələri isə, Naxçıvanla bağlı tarixi bəlgələri göz ardı edib, Muxtariyyatın artıq ləğv edilməsi ilə bağlı fikirlər səsləndirirlər. O insanların fikirlərinə sayqı duyuram, çünki bu onların fikirləri. Amma Naxçıvanın Muxtariyyatının ləğvi ilə bağlı fikir bildirən o insanlara, fikirlərini bildirəndə aşağıda qeyd olunan tarixi bəlgələrə də diqqet etmələrini xahiş edərdim.
Azərbaycan Respublikasının tarixi və əbədi ərazisi olan Naxçıvanın Muxtariyyat statusuna, ilk olaraq bu 1920–1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923–1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi isə Naxçıvan Muxtar Respublikası adlandırılır və sanmıram ki, bu Muxtariyyat heç də o dövrdə Naxçıvanda yaşayan beş on dığaya görə verilib. Bu muxtatriyyat o dövrda Naxçıvanın Azırbaycanla sərhəddinin olmaması baxımından və təhlükəsizliyindən irəli gəlib. Çünki, ermənilər daima Naxçıvana da iddialı olublar.
Tarixi mənbələrdən aydın olur ki, Məhz bütün bunlardan dolayı Naxçıvan Muxtar Respublikası ilə bağlı Beynəlxalq Qars müqaviləsi yaranıb və bu müqavlə 16 mart 1921-ci il tarixdə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il 13 oktyabr 1921-ci il tarixdə Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsidir. Müqavilə 11 sentyabr 1922-ci il qüvvəyə minmiş və müddətsizdir.
Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünü və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək demişdir: "Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".
Belə olan halda, Qarabağda son hədəfə ulaşmaqla bağlı mücadilə verərkən, Naxçıvanın statusunun ləğvi ilə bağlı səsləndirilən fikirlər başa düşülən deyil. Təbii ki, bu barədə son söz yenə də tarixçilərimizindir. Çünki, bu gün verilən hər bir qərar gələcəyin qarantı olmalıdır. Necə ki, zamanında imzalanmış Qars müqaviləsi 100 ildən artrıqdır Naxşıvanın qarantı olub.
Serdar bey siyasi meseleler başlar üçündür,” boşlar” üçün deyil.Bunlar milletin son tikesine göz tikenler olub,qarınları üçün elleşen şüursuz bir toplum olub ne ağıl ne savad bunlar üçün sonuncu bir mevhum okub onlar üçğn
Əslində Naxçıvnla bağlı belə fikirlərin səsləndirilməsi, Azərbaycan dövlətinə və dövlətçiliyinin imicinə böyük zərbədir. Azərbaycanda kadr islahatları gedir və vəzifədə olanlardan heç kim isə əbədi deyildir. O cümlədən də Vasif Talıbov. O ki qaldı Azərbaycanda vəzifədən sui istifadə hallarına bu ölkənin hər yerində var və buna da misal zindana göndərilən iri ranqlı məmurlardır. Vasif Talıbovun kimliyi də fərasəti də, savadı da hər birimizə yaxşı bəllidir. indi Sərdar bəy öz fikirləri ilə onu çox böyütmürmü. Lütfən gəlin bu cür fikirlərimizlə düşmənlərimizin Azərbaycanla bağlı təbliğatlarına işıq tutmayaq.