Türkiyənin Əfqanıstandakı səfiri Cihad Erginay “Taliban” XİN rəhbəri Əmir Xan Müttəqi ilə görüşüb.
“Khaama Press” xəbər verir ki, səfir Erginay XİN girişi yaxınlığında baş vermiş və onlarla günahsız mülki şəxsin ölümü, yaralanması ilə nəticələnən terror aktı ilə əlaqədar zərərçəkmiş əfqan ailələrinə dərin hüznlə başsağlığı verib.
Görüş zamanı diplomat deyib ki, ölkəsi yaxın bir neçə gün ərzində Əfqanıstana yeddi yük humanitar yardım çatdıracaq və yardım silsiləsi gələcəkdə də davam edəcək.
Müttəqi öz növbəsində Türkiyənin bu çətin iqtisadi dövrlərdə Əfqanıstana davamlı dəstəyini və humanitar yardımın çatdırılmasını alqışlayıb. O, iki ölkə arasında siyasi əlaqələrin daha da gücləndirilməsinə çağırıb.
Bu arada, terror hücumları təhdidlərinə və Kabildə qeyri-sabitliyin artmasına baxmayaraq, Türkiyə hökuməti Kabildəki diplomatik missiyasını davam etdirir. Türkiyə diplomatları mütəmadi olaraq de-fakto Taliban hakimiyyəti ilə görüşür və iki ölkə arasında ikitərəfli münasibətləri gücləndirməyə çalışırlar.
Türkiyə 2021-ci ilin avqustunda Amerika və beynəlxalq qüvvələrin çıxarılmasından sonra Kabildəki “Taliban” administrasiyası ilə sıx əlaqələr saxlayan azsaylı ölkələrdən biridir.
AzPolitika.info


Şərhlər