NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana və Ermənistana səfər edəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Brüsseldəki qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, regional xarakter daşıyacaq səfər bu həftə baş tutacaq. “Səfər iki ölkənin rəsmiləri ilə sistematik siyasi məsləhətləşmələrin bir hissəsidir. Səfər zamanı xüsusi nümayəndə yüksək səviyyəli rəsmilərlə regionda təhlükəsizlik sahəsində baş verən hadisələr və NATO-nun bu ölkələrlə tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaq”, - məlumatda deyilir.
Səfərin dəqiq tarixi açıqlanmır.
“AzPolitika.info”


Şərhlər