Pakistanın Baş nazir Şahbaz Şərif Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) son səfəri zamanı Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan Hindistanla dialoqu asanlaşdırmasını istəyib və əlaqə yarandığı təqdirdə əzəli rəqiblərlə səmimi söhbət edəcəyinə söz verib.
Ş.Şərif “Əl-Ərəbiyyə” xəbər kanalına verdiyi müsahibədə dialoq üçün Al-Nəhyandan kömək istədiyini təsdiqləyərək, Pakistanın “dərs aldığını” və “sülhə hazır olduğunu” deyib: “Mən Məhəmməd bin Zayeddən xahiş etdim ki, o, Pakistanın qardaşı, BƏƏ isə qardaş ölkədir. Onun Hindistanla da yaxşı əlaqələri var, o, iki ölkəni danışıqlar masasına gətirmək üçün çox mühüm rol oynaya bilər və mən şərəflə söz verirəm ki, biz hindlilərlə səmimiyyətlə danışacağıq. Biz dərsimizi aldıq və sülh şəraitində yaşamaq istəyirik. Lakin əsl poblem Kəşmirlə bağlı mübahisələrdir. Hindistan rəhbərliyinə və Baş nazir Narendra Modiyə mesajım budur ki, gəlin danışıqlar masasına oturaq və Kəşmir kimi yanan problemləri həll etmək üçün ciddi və səmimi danışıqlar aparaq”.
Hindistan bütün dünyaya ölkənin danışıqlara hazır olduğunu göstərmək üçün bunu dayandırmalıdır” deyən cənab Şərif Pakistanın sülhə “daha çox hazır olduğunu” vurğulayıb.
O, Hindistanda azlıqların təqib edilməsini də xatırladıb: “Hindistan dünyaya ölkənin danışıqlara hazır olduğu mesajını vermək üçün bunu dayandırmalıdır. Sülhə daha çox Pakistan hazırdır”.
Pakistanın “Dawn” xəbər saytı yazır ki, Baş nazirin Hindistanla istənilən dialoqda, o cümlədən BƏƏ-nin potensial olaraq dəstəklədiyi dialoqda Kəşmir mübahisəsinin mərkəzi olduğunu vurğulamasına baxmayaraq, iki günlük rəsmi səfərin sonunda verilən BƏƏ-Pakistan birgə bəyanatında “Kəşmir” sözü qeyd edilməyib.
Ş.Şərifin sözləri ilə bağlı Dehlidən dərhal heç bir açıqlama verilməyib. Dehlinin seçki ilində Ş.Şərifin dialoq təklifini nə dərəcədə ciddi qəbul edəcəyini görmək qalır.
L.SƏMLA
AzPolitika.info


Şərhlər