Menu

20 minə yaxın mütəxəssis elmi tədqiqat işləri ilə məşğul olur

18.01.2023, 17:34
20 minə yaxın mütəxəssis elmi tədqiqat işləri ilə məşğul olur

İlkin məlumatlara əsasən, 2023-cü ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 134 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 19,8 mindən artıq mütəxəssis məşğul olur, onların da 72,6 faizi tədqiqatçılardır.

Bu mütəxəssislərin 36,3 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 9 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.

Şərhlər

Alim 2023-01-18 23:26:42

20 000 mutexesisin hele indiye kimi bir dene de olsun keshfini gormeyib bu millet. Bu pulu bunlarla xerclemekdense evsiz shehid ailelerine ev verin.

Roma 2023-01-18 20:28:02

Bu 20 minin ən azı 80 faizini atın çölə, ən uzağı 3-4 minini qəbul etmək olar. Mənim onlarla hər hansı bir şəxsi-qərəzliyim yoxdur. Jurnalist xanım bir neçə ay bundan qabağ iş gününün sonunda getmişdi ora və orada bir ins-cins yoxuydu, əsaslandırdılar ki, yaydı işçilər məzuniyyətdədilər və s. və i...nə isə bax belə, xalqın, millətin, büdcənin pulları belə talanır...Ay bu elmlər doktorudu, namizədidi, alimdi və s...hamısı boş şeydi...AMEA-nın prezidentinin danışığına baxdım, lap xəcalət çəkdim...

Mühəndis 2023-01-18 20:22:35

Amma bu məşğulluğun faydası görünmür.Hamısı dlya qaloçki.Nətocə ortada görünmür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol