Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra medianın bir nömrəli personasına çevrilib.
Yerli mətbuatda hər gün Vasif Talıbov və onun övladları Seymur Talıbovla Rza Talıbov haqqında yeni faktlar dərc olunur.
"AzPolitika.info" xəbər verir ki, “qaynarinfo”ya Seymur Talıbov haqqında maraqlı məlumat daxil olub.
Bildirilir ki, 1988-ci ildə anadan olan Seymur Talıbov 2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 2003-cü ildə isə Seymur Talıbovun 15 yaşı olub. Onun bu yaşda BDU-ya necə qəbul olunması bəlli deyil.
Sayt müxtəlif resurslar vasitəsilə bu faktı dəqiqləşdirməyə çalışıb. Məlum olub ki, Seymur Talıbovun rəsmi tərcümeyi-halında, eyni zamanda onunla bağlı anket məlumatlarında da 2003-cü ildə BDU-ya qəbul olunduğu qeyd edilib.
Əlavə edək ki, həmin illərdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov olub.
Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. Eyni zamanda Naxçıvan MR Ali Məclisinin deputatıdır. Vasif Talıbov istefa verdikdən sonra Seymur Talıbov da prorektor vəzifəsini itirib.


Şərhlər
Məhşur bir tamaşada olduğu kimi Bərbərzadə 6 aylığında da kotan sürə ,yer şımlaya bilər Bunlar analarının qarnında general ,admiral,nazir,deputat, akademik döğulurlar. Az qalıb asan yolla aldıqları vəzifələri,çırpışdırdıqları miyardları da asan yolla qusacaqlar.
Dili söz tutanlar nə üçün o vaxt yazmırdılar ? İndinin özündə də Nazirliklərdə özbaşnalıqlar hökm sürür, nə üçün bu neqatif hallardan yazmırsınız ? Daldan atılan daş topuğa dəyər !
"Sevindirici ". haldı kı 15 yaşında bitirmiyib.
Sifətinə baxanda "elimli" adama oxşayır.
Bele bir mesel var:Pis övlad yoxdur,pis valideyn var vu valideyn ele övlad terbiyye etmelidir ki o vetendaş,şexsiyyet kimi fırmalala bilsin,tebii ki terbiyye verenin özünün de terbiyyesi olmalıdır ki netice istenilen olsun.Yoxsa valideynin mövqeyine göre cemiyyetde yüksek mövqe tutan övlad o cemiyyete berpası mümkün olmayan facieler getirer,yox eger övlad layiqli övladdırsa problem yoxdur ve bu insana Zaman ve Xalq qiymet verer ve cemiyyet udar uduzmaz.
Bu sualın mənası var? Bu ölkənin idarə üslubu .olduqca müəmmalı ilduğunu bilməyə nə varki? Qanun kasıba,var .