“İRAN ƏMƏLİYYATI”na HAZIRLIQ BAŞLAYIB”- "Nüvə obyektlərinə zərbə endirilə bilər..."

Bu gün ABŞ və İsrail arasında Aralıq dənizinin şərqində və İsraildə keçiriləcək “Juniper Oak 23.2” birgə təlimlərinə start verilir.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, indiyə qədər keçirilən ən böyük təlimin əsas məqsədi - ABŞ və İsrail ordularının kollektiv hazırlığının gücləndirilməsi, qarşılıqlı fəaliyyətin yaxşılaşdırılması və tapşırıqların birgə icra edilməsindən ibarətdir.

Təlimdə 6400 ABŞ hərbçisi, 1100 İsrail hərbçsi, B-52, F-35, F-15, F-16, FA-18, AC-130, AH-64 təyyarələri də daxil olmaqla 140 təyyarə, 12 donanma və müxtəlif döyüş gəmiləri iştirak edir.

İsrail mətbuatı yazır ki, genişmiqyaslı təlimin məqsədi mümkün “İran əməliyyatı” üçün hazırlıq rolunu oynayır. Qeyd olunur ki, təlimlərdə İrandakı nüvə obyektlərinə genişmiqyaslı hücumla bağlı da məşqlər icra ediləcək.

İsrailin “Haaretz” qəzeti iqeyd edir ki, hərbi təlimlər ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın İsrailə səfərindən bir neçə gün sonra start götürüb: “Sallivanın İsrail rəsmiləri ilə keçirdiyi görüşlərdə əsas müzakirə mövzusu İran olub. Sallivanın israilli həmkarı Saxi Xaneqbi bu səfərdən bir qədər əvvəl bəyan etmişdi ki, onun fikrincə, ABŞ İranla nüvə razılaşması sahəsindəki uğursuzluqlar fonunda hərəkətsiz dayansa, lazımi tədbirləri görməsə, baş nazir Benyamin Netanyahu İranın nüvə obyektlərinə zərbə endirilməsi haqda əmr verə bilər.

İsrailin baş naziri və digər yüksək çinli məmurları ilə görüşlərində Sallivan ABŞ-ın İsrailin təhlükəsizliyinin qorunması, İrandan gələn təhdidlərə müqavimət göstərilməsi məsələsində həmişəki mövqedə qaldığını vurğuladı. O qeyd etdi ki, ABŞ İranın heç vaxt nüvə silahına yiyələnməyəcəyinə dair öhdəliyinə sadiqdir”.

Xatırladaq ki, bu təlimdən əvvəl İsrail cəbhəsində bir sıra maraqlı proseslər baş verib. Belə ki, seçkidən əvvəl parlamentə girə bilməyən Likud partiyasının keçmiş naziri Tsahi Haneqbinin bildirib ki, İsrailin hazırkı Baş naziri Benjamin Natanyahu İranda nüvə strukturuna son qoymaq niyyətindədir. O, İrana qarşı hər an əməliyyatların başlaya biləcəyini qeyd edib.

“AzPolitika.info”

635x100

Şərhlər

İsmayıl 2023-01-24 17:40:23

Fars-yəhudi savaşı ! Çoxdan gözlənilən müdhiş savaş. Qəbirpərəst farslar,sionizmə qarşı,iki böyük "şeytan ordusu". Şeytan üçün fərq etməz ölən kimdir,əsəs fitnə daim qalsın,qanlar tökülsün.

Son yazılar