Ruslar axın etdi, məcburi məhdudiyyət qüvvəyə mindi – Rusiya vətəndaşlarına rədd cavabı verilir

Türkiyə Respublikası ərazisində müvəqqəti yaşamaq istəyən Rusiya vətəndaşlarına müvafiq icazənin verilməsi dayandırılıb.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, buna səbəb Rusiya - Ukrayna savaşından sonra Türkiyəyə müvəqqəti yaşamaq üçün üz tutan rus vətəndaşların sayının kəskin artması olub.

Xəbərdə qeyd olunur ki, dekabrın 26-dan etibarən rus vətəndaşların Türkiyədə müvəqqəti yaşamaq icazəsi ilə bağlı müraciətləri rədd edilir. Rəsmi məlumatlara əsasən, ötən il Türkiyədə 153 min rus vətəndaşına müvəqqəti yaşamaq icazəsi verilib. Türkiyə rəsmilərinin məlumatına görə, bu insanların təxminən 86 faizi Türkiyədə bir illik yaşamaq icazəsi alıb.

Qeyd edək ki, müvəqqəti yaşayış icazəsi əcnəbilərə Türkiyədə bank hesabı açmaq, uşaqlarını türk məktəblərinə göndərmək kimi bir sıra imkanlar verir.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2023-01-24 19:16:36

Əslində rusları qınamaq da olmur.Neyləsinlər,putinizmin vəhşiliyindən bezikiblər.

Son yazılar