Menu

Patriarx Kirill ukraynalıları və rusları barışığa çağırıb

25.01.2023, 15:19
Patriarx Kirill ukraynalıları və rusları barışığa çağırıb

“Rusiya dövləti taleyüklü çağırışlarla üz-üzədir. Bu çağırışlara tarixi Rusiya xalqlarının, o cümlədən rus, ukraynalı və belarus xalqlarının əlaqələrini gücləndirəcək cavab tapmaq lazımdır. Bu xalqlar qardaşlararası çəkişmə cəhdlərinə son qoymalı və təxribatlara uymamalıdırlar”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Xilaskar İsa Məsih Məbədində oxuduğu xütbədə bildirib.

"Bizim kilsəmiz bütün Rusiyanın kilsəsidir. İstər Rusiya, istər Ukrayna, istər Belarus, istərsə də tarixi Rusiyaya daxil olan digər ölkələr və xalqlar bizim xidmət apardığımız yerdir. Bu o deməkdir ki, yaranan problemləri bizim dualarımız müşayiət etməlidir ki, Allah ilk növbədə insanları barışdırsın”, - deyə Patriarx Kirill vurğulayıb.

Şərhlər

t.ədalət 2023-01-25 22:00:10

Rus kilsələri də rus casus şəbəkəsidir.Bizim müd.nazirliyinin rusiyada təhsil alan zabitlərinin əksəriyyəti "Salyanski kazarma"nın yanındakı kilsəyə çox gedirdilər.Qəribədir,həmin kilsə hakimiyyət tərəfindən təmir edilir və həmişə yöndəmə salınır.Bir tərəfdən deyirlər ki,məscidlərə getməyin.Onda,sual olunur,bəs,kilsələrə niyə gedirlər?Həmin kilsənin 20 Yanvarda qatil sovet ordusunun gizli qərargahı olduğu da söylənilir."Salyanski kazarma"dakı hərbi hissələrin kilsədən aralı yerlərə köçürülməsi vacibdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol