Ukrayna üçün ən uğurlu ssenari münaqişənin dondurulması və ölkəni təxminən onun indiki sərhədləri daxilində - artıq Rusiya tərəfindən nəzarət olunan hissəsi olmadan saxlamaqdan ibarətdir.
Bu fikri «The Daily Telegraph» qəzetinin kloumnisti (qəzetin daimi sütun aparıcı yazarı) Şerell Ceykobs ifadə edib.
O, hesab edir ki, münaqişənin inkişafının aternativ variantı - qarşıdan gələn baharda Rusiya qüvvələri tərəfindən Ukrayna müdafiə xəttinin qətiyyətlə yarılmasıdır. Şərhçinin qeyd etdiyi kimi, Qərb elitaları bu hisslə yaşayırlar ki, Ukraynanın qələbəsi «artıq uzaqda deyil», ancaq gerçəkdə Kiyevdə hakimiyyətin vəziyyəti daha az ümidvericidir.
Ceykobsun versiyasına görə, Qərb dövlətlərinə Rusiya iqtisadiyyatını dağıtmaq nasib olmayıb, bunun nəticəsində döyüş fəaliyyəti illərlə davam edə bilər - hər iki tərəfin qərarlı olması nəzərə alınmaqla. Bu halda Avropa ölkələrinin özləri artan sosial-iqtisadi çətinliklərlə qarşılaşarlar, onlar yerli hakimiyyətləri daha çox öz problemlərinin həllinə diqqət yetirməyə məcbur edə bilərlər - şərhçi əlavə edib (mənbə: /eadaily.com/).
AzPolitika.info


Şərhlər
bizdə də münaqişə dondurulmuşdu ,hələ də onun zibilindən çıxa bilmirik