Menu

2025-ci ildə ABŞ-la Çin arasında müharibə olacaq – ABŞ generalı

28.01.2023, 16:34
2025-ci ildə ABŞ-la Çin arasında müharibə olacaq – ABŞ generalı

Tayvan münaqişəsi 2025-ci ildə ABŞ və Çin arasında müharibəyə səbəb olacaq.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin yüksək vəzifəli generalı Maykl Minixan deyib. 

Generalın fikrincə, Çin Prezidenti Si Cinpinin cəsarətli qərarları iki güc mərkəzi arasında müharibəni qaçılmaz edəcək: “Ümid edirəm ki, yanılıram. Ancaq intuisiyam mənə deyir ki, 2025-ci ildə müharibə baş verəcək. Si Cinpin üçüncü müddətə (Kommunist Partiyasının baş katibi kimi - red.) qalib gəldi və 2022-ci ilin oktyabrında hərbi şurasını formalaşdırdı. Tayvanda prezident seçkiləri 2024-cü ildə keçiriləcək və Si Cinpin buna müdaxilə edərək, vəziyyəti gərginləşdirməyə çalışacaq”. 

O, əlavə edib ki, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən də Tayvana nəzarətin bərqərar olunması üçün əməliyyat məqsədilə istifadə edə bilər.

Bundan əlavə, Minixan tabeliyində olanları fevralın sonuna qədər Çinlə hərbi əməliyyatlara hazırlaşmaq üçün tədbirlər haqqında məlumat verməyə çağırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol