Aİ İranın PUA istehsal edən dövlət korporasiyasına qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) İranın pilotsuz uçuş aparatları (PUA) istehsal edən dövlət korporasiyası olan “Iran Aircraft Manufacturing Industries Corporation”ı (HESA) sanksiyalar siyahısına daxil edib.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin “Rəsmi jurnal”ında deyilir.

“HESA Aircraft Corporation hərbi və mülki təyyarələrin, eləcə də pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış İran şirkətidir. HESA şirkətinin İranda istehsal etdiyi PUA-lar Rusiya tərəfindən istifadə olunur”, - sənəddə qeyd olunub.

Aİ Şurası hesab edir ki, Ukraynadakı vəziyyətlə əlaqədar pilotsuz uçuş aparatlarının hazırlanması və Rusiyaya çatdırılması ilə məşğul olan təşkilat məhdudlaşdırıcı tədbirlərə məruz qalan fiziki və hüquqi şəxslər və təşkilatlar siyahısına daxil edilməlidir.

Aİ-nin bu reqlamenti İttifaqın “Rəsmi jurnal”ında dərc edildiyi gündən qüvvəyə minir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar