Menu

“KRIMI BİZƏ QAYTARACAQLAR” – “Rusiya nüvə zərbəsi endirsə...”

31.01.2023, 17:37
“KRIMI BİZƏ QAYTARACAQLAR” – “Rusiya nüvə zərbəsi endirsə...”

“Rusiya elə bir ölkədir ki, ondan çox şey gözləmək olar, amma açıq axmaqlıq yox. Bu, baş verməyəcək. Nüvə zərbəsinin endirilməsi sadəcə, Rusiyanın hərbi məğlubiyyətinə yox, həm də parçalanmasına gətirib çıxaracaq. Onlar bunu çox yaxşı bilirlər”.

“AzPolitika.info” xəbər verir ki, bunları Ukrayna hərbi kəşfiyyatının başçısı general Kirill Budanov “The Washington Post”-a müsahibəsində Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsi ehtimalı ilə bağlı suala cavab verərkən deyib.

Budanov deyib ki, Ukrayna Krıma daxil olacağı təqdirdə Putinin nüvə silahına əl atacağı barədə iddialar cəfəngiyyatdır: “Bu, yalandır. Krımı bizə qaytaracaqlar. Mən sizə daha artığını deyim: Hər şey 2014-cü ildə Krımda başladı, orada da bitəcək”.

“Hər şey etməliyik ki, yayda Krım öz evinə qayıtsın”, - deyə Budanov əlavə edib . O, həmçinin qeyd edib ki, Rusiyanın nüvə silahı ritorikası sadəcə, qarşı tərəfi qorxutmağa xidmət edir.

Rusiyanın Belarus istiqamətindən yeni hücum planı barədə danışan kəşfiyyat rəhbəri hesab edir ki, bunun baş verəcəyi ehtimalı aşağıdır. Əgər belə bir hücum olsa belə, bu, sadəcə Ukrayna qüvvələrini parçalamağa xidmət edə bilər.

Budanov deyib ki, ümumilikdə Rusiyanın 2023-cü il planlarının əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin böyük hissəsinin işğalı ilə bağlıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol