Menu

Obama Avropa liderləri ilə Rusiyanı müzakirə edəcək

16.11.2014, 11:20
Obama Avropa liderləri ilə Rusiyanı müzakirə edəcək

ABŞ prezidenti Barack Obama Avropa liderləri ilə görüşəcək. Noyabrın 16-na planlaşdırılan görüşdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi müzakirə olunacaq.

Avstraliyada keçiriləcək G20 sammiti ərəfəsində dünya liderləri Rusiya prezidenti Vladimir Putini Ukraynadakı böhranı alovlandırmaqda suçlayır.

Obama noyabrın 15-dəki çıxışında "Rusiyanın Ukraynaya olan aqresiyası dünyaya təhlükədir" deyə bildirib.

Obama, Avstraliya liderləri və Yaponya bildirib ki, onlar "Rusiyanın Kırımı anneksiya etməsi və ərazidə sabitliyi pozması və MH17 təyyarsinin vurulmasında günahkar bilərək" ona qarşı birləşiblər.

Putin Ukraynanın şərqinə qoşunlarının olmasını inkar edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol