Menu

Azərbaycan rusiyalı turistlərin fevralda səfər edəcəyi ilk üçlükdə yer alıb

05.02.2023, 00:18
Azərbaycan rusiyalı turistlərin fevralda səfər edəcəyi ilk üçlükdə yer alıb

Azərbaycan rusiyalı turistlərin fevralda səfər edəcəyi ilk üçlükdə yer alıb. Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Ekspertlər Rusiya sakinlərinin fevral tətillərində hansı ölkələrə gedəcəklərini açıqlayıblar. Mütəxəssislərin sözlərinə görə, fevralın 22-dən 26-a qədər Rusiyadan xaricə səyahətlər təxminən 14% təşkil edəcək.

Rusiyalı turistlərin bu ay ən çox Türkiyəyə səfər edəcəyi gözlənilir. Siyahıda Azərbaycan üçüncü yerdədir.

Yaxın xaric ölkələr arasında Özbəkistan, Qazaxıstan, Belarus və Qırğızıstan da siyahıya düşüb. Uzaq istiqamətlərdən Birləşmiş Ərəb Əmirlikləri, Tailand və İsrail qeyd olunur.

Şərhlər

dadaşyev 2023-02-05 17:23:30

Nolsun?Adə hurreeey!Bundan ac millətə nə?Gəlib yeyib içib dincəlib gedəcəklər,boynuyoğunlarımızın boyunları biraz da yoğunlaşacaq,vəssalam.Bunca neft-qaz milyardları dənizində hər şeyin qiyməti ceyran belində,qaz pulu verirsən su pulu çatmır,su pulu verirsən işıq pulu çatmır,hamısını verirsən bu səfər yeməyə pul çatmır,azmış kimi ictimai nəqliyyatda gediş haqqı da qalxdı,turistlər gəlib getməklə qiymətlər aşağı düşəcəkmi?Torpaq altında Allahın bu azsaylı əhaliyə gen-bol yetirdiyi bunca neft-qazın sala bilmədiyi qiymətləri ömründə avtafa görməyən bir-iki donqili turist Vanyalar,Ekaterina Petrovnalarmı salacaq?Nəsimi demiş,”Çarə yoxdur dərdə,əbsəm ey könül,yar istəmə.Dərdə çün dərman bulunmaz,rəncü-timar istəmə”.Yar istəmə,var istəmə,turist istəmə.Ömür boyu tənha yaşa,ay kasıb oğlan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol