Menu

Britaniya Ukrayna pilotlarına təlim keçməyə başladı – İlk ingilis tankları martda gələcək

09.02.2023, 00:04
Britaniya Ukrayna pilotlarına təlim keçməyə başladı – İlk ingilis tankları martda gələcək

İlk “Çelencer” tankları mart ayında Ukraynada olacaq.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında Britaniyanın Baş naziri Rişi Sunak məlumat verib.

Ukraynaya qırıcı təyyarə verilməsi məsələsi ilə bağlı suala cavabında Baş nazir deyib ki, Zelenski ilə görüşdə bu məsələ də müzakirə olunub. O, əlavə edib ki, Ukraynaya hərbi yardımdan söhbət gedərkən “hər şey mümkündür”. “Biz bu ritorikanı öz hərəkətlərimizlə möhkəmləndirmişik”, - Sunak qeyd edib.

Baş nazir Ukrayna hərbçilərinə təlim keçilməsi proqramının genişləndirildiyini təsdiq edb – bundan sonra Britaniyada pilot və dənizçilərə də təlim keçiləcək. O, hesab edir ki, “Putinin Ukraynadan qovulması üçün” pilotlara təlim keçilməsi Ukraynaya qırıcılar verilməsi məsələsində ilk addımdır.

R.Sunak əlavə edib ki, Ukraynaya qırıcılar verilməsi məsələsi üzrə müttəfiqlərlə danışıqlar aparılır.

Xatırladaq ki, Ukrayna Prezident Volodimir Zelenski bu gün Londonda səfərdə olub. Britaniya parlamenti qarşısındakı çıxışında Zelenski dünya ictimaiyyətinə çağırış edib ki, Ukraynaya müasir qırıcı təyyarələr verilsin. Zelenski deputatlara üzərində ukrain pilotun bu sözləri yazılmış dəbilqələr hədiyyə edib: “Bizim azadlığımız var, xahiş edirik, bizə qanad verin ki, onu qoruya bilək”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol