Rusiya işğalın ildönümünə “sürpriz” hazırlayır - Fevralın 24-də növbəti raket hücumu gözlənilir

“Rusiyanın növbəti kütləvi raket hücumu məhz fevralın 24-də - Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı hücumunun ildönümündə baş verə bilər”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Natalya Qumenyuk bildirib.

Qumenyuk deyib ki, bu, təkcə Rusiya rəhbərliyinin “əlamətdar günlərə qarşı xüsusi sevgisindən” irəli gəlmir. Həm də kütləvi raket hücumları arasındakı intervallar nəzərə alınmaqla, belə qənaətə gəlmək olar ki, növbəti hücum fevralın 24-də həyata keçiriləcək.

Belə ki, adətən, raket hücumları hər iki həftədən bir baş verir. Son, yəni sayca 14-cü hücum isə fevralın 10-da qeydə alınıb.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar