Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayıma start verilib.

Yayımı “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində təşkil edilib.

Yayım zamanı dünya ictimaiyyətinə Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət edilir.

Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

***

Azərbaycan Televiziyası və Azərbaycan Radiosu Türkiyənin və Şimali Kiprin televiziya kanalları və radioları ilə birlikdə ortaq yayım edəcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, televiziya kanallarının ortaq yayımı “Türkiyə, tək ürək” adlı yardım kanpaniyası çərçivəsində təşkil ediləcək.

Bu yayıma AzTV və Azərbaycan Radiosu da qoşularaq öz dəstəyini verəcək, eyni zamanda Azərbaycan xalqına, dünya azərbaycanlılarına zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət ediləcək.

Yayım zamanı yığılan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

Türkiyənin Radio və Televiziya Şurasının (RTÜK) təşəbbüsü ilə ərsəyə gələcək ortaq yayım bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.