MÜNHEN GÖRÜŞÜNDƏN SONRA NƏ BAŞ VERƏCƏK? – “Lavrovun Bakı səfəri çox şeyi dəyişə bilər...”

“Münhendə ABŞ Dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib. Yəni ikitərəfli razılaşma baş tutmadı, vasitəçiliyi ABŞ öz üzərinə götürdü. Biz sülh müqaviləsinin mətninin razılaşdırılması və kommunikasiyaların açılması prosesinin müzakirə olunuğu öyrəndik”.

“AzPolitika.info” xəbər verir ki, politoloq Fərhad Məmmədov Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş müzakirələri şərh edərkən bildirib.

Təhlilçinin sözlərinə görə, ABŞ-dan verilən açıqlamada bildirilir ki, sülh müqaviləsinin mətninin razılaşdırılmasında irəliləyiş var və nəhayət, amerikalılar Laçın yolu ilə yanaşı, ümumilikdə kommunikasiyaların bağlandığını qeyd etməyə başladılar.

“Bunu heç olmasa sözdə irəliləyiş saymaq olar” – deyə, təhlilçi əlavə edib.

Ekspert qeyd edir ki, Brüssel üçtərəfli formatının bərpa olunacağına əminlik var, çünki Azərbaycan Prezidenti bu formatın əhəmiyyətini vurğuladı.

Onun sözlərinə görə, amerikalılar üçün də Brüssel formatı vacibdir, çünki o, ABŞ-ın təşəbbüslərini tamamlayır: “Fransanın mövqeyini Makron açıqladı. Bu, fransızların sakitləşəcəyini söyləmə yə əsas verirmi? Məncə yox, onlar ermənipərəst mövqe tutmaqda davam edəcəklər. Amma daha vacib olan odur ki, onlar anti-Azərbaycan mövqedə dayanmasınlar. Prinsipcə, Makron Münhendəki çıxışında Ermənistanın Baş nazirinin adını məhz ermənipərəst yanaşma ilə çəkdi, amma onun dediklərində anti-Azərbaycan mövqeyi yox idi. Əlbəttə, onların ikitərəfli münasibətlərində Qarabağla bağlı heç nə olmamalıdır”.

F.Məmmədov bildirir ki, sülh müqaviləsi ilə bağlı proses davam edir.

“Əminəm ki, Bakı mətnin növbəti redaktə edilmiş variantını çox yaxın vaxtlarda Ermənistana göndərəcək və xarici işlər nazirləri səviyyəsində üzbəüz görüş tələb edəcək. Burada iki məqsəd var: ya yaya qədər sülh müqaviləsinin imzalanacağını gözləyin, ya da vasitəçilərə Ermənistanın konstruktiv olmadığını və bundan sonra birətəfli qaydada ona qarşı ediləcək mümkün olan hər şey legitimləşəcək”, - o əlavə edib.

Təhlilçi vurğulayıb ki, Azərbaycan Prezidenti istər Zəngəzur dəhlizində, istərsə də Laçın yolunun girişində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı konstruktiv yanaşma nümayiş etdirdi: “Başqa sözlə, bu, Rusiyanın üçtərəfli bəyanatların icrasını təmin edə bilmədiyinin etirafıdır. Ermənistan Zəngəzurda sərhəd-keçid məntəqəsi tələb edir, lap yaxşı, o zaman Laçında da keçid məntəqəsi qurulacaq. İndi görəsən, Ermənistan rəhbərliyi nə edəcək... Tutaq ki, Naxçıvanla əlaqəni təmin edəcək kommunikasiyanın yaradılmasına imkan verdilər. Bəs bu yola nəzarət funksiyası necə olacaq, üçtərəfli bəyanatda olduğu kimi rus sərhədçiləri duracaqlarmı? Müşahidələrimə görə, Ermənistanın Baş naziri Rusiyaya öz ərazisində heç olmasa hansısa məhdud funksiya belə vermək istəmir. Bu, Paşinyanın Qərbə inteqrasiya arzusuna zərər verir. Ən azı, Azərbaycan bu təklifi verməklə onun məsuliyyətini yüngülləşdirir. Rusiya ilə münasibətlərdə Ermənistanı seçim qarşısında qoyur”.

Vardanyanla bağlı İlham Əliyevin səsləndirdiyi tələbə gəlincə, F.Məmmədov bildirir ki, bu, Azərbaycan rəhbərliyi üçün vacib məsələdir: ““Vardanyan layihəsi” o qədər həyasız və təkəbbürlü idi idi ki, ona belə kəskin reaksiya verilməsi bu layihənin sıradan çıxmasının Bakı üçün nə qədər vacib olduğunu nümayiş etdirir. Bu isə İrəvandan daha çox Moskvaya cavabdır, yəni müqavimət simvoluna zərbə endirmək daha önəmlidir. Güman edirəm ki, Vardanyan “vəzifədən” çıxarılsa belə, onun Qarabağda, Rusiya sülhməramlı qüvvələrinin himayəsi altında qalması ehtimalı yüksəkdir. Rusiyanın hələlik bölgədə belə bir imkanı var”.

Təhlilçi vurğulayır ki, son altı ayda Rusiyanın sərsəm və qeyri-adekvat addımları resurs məhdudiyyətinin nəticəsidir. Onun sözlərinə görə, Rusiya vəziyyətə adekvat davranmaq, Azərbaycan və Ermənistanla dəhlizlərdə müstəsna hüquqlarını saxlamaq, Qarabağda konstruktiv mövqe tutmaqdansa, təxribat yolunu seçdi: "Rus icması" yarandıqdan sonra daha da irəli gedib "Vardanyan layihəsi"ni irəli sürdülər. Nəticə olaraq nə əldə etdilər? Eko-aktivistlərin aksiyaları və Laçın yoluna qoyulan məhdudiyyətlər, Azərbaycan və Ermənistanın ictimai rəyində bərpaolunmaz imic itkisi, Avropa İttifaqının Ermənistandakı missiyası və Ermənistan-Rusiya münasibətlərində problemlər...”

F.Məmmədovun sözlərinə görə, Lavrovun Bakıya səfəri çox şeyi dəyişə bilər, çünki Rusiyanın hələ də məhdud resursu var. 

“Azərbaycanın resursları rasional şəkildə xərclənir. Elə məqamlar var ki, gözləyirik. Harda təhlükə yaranarsa, güc tətbiq etmək hüququnu qoruyub saxlayaraq operativ hərəkət edəcəyik” – deyə, politoloq vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Türk 2023-02-20 12:09:05

Lavrov Putinin yeni əmrlərini gətirib ki Münhendə olan danışıqları ləğv etmək üçün. Yəqin orada azdan çoxdan razılaşmaya oxşar olubdur. Çox ehtimal ki Putinin bunlar xoşuna gəlmir.

Son yazılar