Cümə günü axşam saatlarından etibarən soyqrımçı İsrail ordusunun Qəzza sektoruna endirdiyi hava zərbələri və artilleriya atəşləri nəticəsində azı 38 dinc fələstinli həyatını itirib.
APA xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.
Qəzza şəhərində yerləşən “Əl-Əhli” xəstəxanasının həkimləri bildirib ki, son hücumlar zamanı yaralananların sayı çox olduğundan xəstəxanada onların müalicəsi üçün artıq yer qalmayıb.


Şərhlər