“Putin açıq şəkildə öz çaşqınlığını və qeyri-aktuallığını nümayiş etdirdi. O, göstərdi ki, Rusiya qeyd-şərtsiz “tayqa çıxmazlığı”ndadır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Vladimir Putinin Federal Məclisə müraciətini şərh edərkən bildirib. Ukrayna Prezident Ofisinin qənaətinə görə, Putinin çıxışı göstərdi ki, onun perspektiv həll imkanları yoxdur və olmayacaq, ona görə də hər yerdə gözünə “nasistlər, marsianlar, sui-qəsd nəzəriyyələri” görünür.
Qeyd edək ki, Putin Federal Məclisə müraciətində yenə Ukraynanın Qərbin əlində alətə çevrildiyini bildirib. Bununla yanaşı, əsasən Rusiyanın daxili sosial, iqtisadi və s. məsələlərindən danışan Putin, 105 dəqiqəlik çıxışında Rusiya ordusunun Ukraynadakı “qələbələrinə” ümumiyyətlə, toxunmamağa üstünlük verib.
“AzPolitika.info”


Şərhlər