Menu

Bayden namizədliyini verməyə bilər - “Demokratlar “B planı” üzərində işləyir”

23.02.2023, 11:25
Bayden namizədliyini verməyə bilər - “Demokratlar “B planı” üzərində işləyir”

“Onun əsas diqqəti gündəlik işə yönəlib. O, seçkilərin müzakirəsinə çox az vaxt ayırır”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Politico” nəşri ABŞ Prezidenti Co Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkiklərində iştirakı mövzusuna dair məqaləsində bildirir.

Yazıda deyilir ki, Baydenin özü və müşavirləri onun növbəti prezident seçkisində iştirakı məsələsində qərarlı deyillər. Bu səbəbdən hətta demokratlar “B planı” üzərində düşünməyə başlayıblar. “Politico” hakimiyyətdəki mənbələrinə istinadla yazır ki, “Baydenin qərarsızlığı partiyanın donmasına” səbəb olub. Bu səbəbdən partiyadan olan digər potensial prezidentliyə namizədlər qeyri-müəyyən duruma düşüblər.

Xəbərdə qeyd olunur ki, artıq fevral ayında Baydenin növbəti il keçiriləcək prezident seçkisi ilə bağlı qəti qərarını elan edəcəyi gözlənilirdi. Lakin bu, hələlik aprel ayına qədər təxirə salınıb və hətta apreldə də Baydenin son qərarı verəcəyini 100 faiz əminliklə demək mümkün deyil.

Xatırladaq ki, 80 yaşlı Co Bayden bu ayın əvvəlində 2024-cü il seçkisində iştirak etmək fikrində olduğunu bəyan etsə də, hələ qəti qərar vermədiyini söyləmişdi.

“AzPolitika.info”  

Şərhlər

Turan 2023-02-23 18:02:50

Rusiyanı çökdürəcək insan Kamala Harrisdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol