Menu

“Azərbaycanla münasibətlərdə dürüstlüyə xüsusi önəm veririk” - Sergey Lavrov

28.02.2023, 15:31
“Azərbaycanla münasibətlərdə dürüstlüyə xüsusi önəm veririk” - Sergey Lavrov

“Rusiya-Azərbaycan Ekspert Şurasının fəaliyyəti ikitərəfli münasibətlərin inkişafına töhfə verir”.

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda deyib.

“Azərbaycanla münasibətlərdə dürüstlüyü xüsusilə qeyd edəcəyəm. Mövqelərimizin üst-üstə düşmədiyi yerləri ört-basdır etməyə çalışmırıq. Biz nüansları dürüst şəkildə dilə gətirir və həll edirik. Bu məsələ Bəyannamədə öz əksini tapıb”, - o vurğulayıb.

Rusiya XİN rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıya səfəri ərəfəsində baş tutan görüşü çox səmərəli olub: “Danışıqlarımız formal deyil, praktik xarakter daşıyıb”.

Şərhlər

Elmira 2023-03-01 11:15:13

Yslan deyirsən, erməni köpək oğlu!

t.ədalət 2023-02-28 20:48:37

Tam yalan danışır.Üfunət iyi verən yalan!Rusiya heç vaxt Azərbaycana qarşı dürüst olmayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol