Menu

Separatçılar indi də Klaarı hədəfə alıb - Ermənilərin istədiyini demədiyi üçün...

06.03.2023, 12:57
Separatçılar indi də Klaarı hədəfə alıb - Ermənilərin istədiyini demədiyi üçün...

“O, ya həvəskar diplomatdır, ya azərbaycanlılar onun “beyni yuyub”, ya o, korrupsiyalaşmış məmurdur, ya da onun Avropa dəyərləri və insan haqları ilə bağlı təhrif olunmuş təsəvvürləri var”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Qarabağdakı qondarma rejimin sabiq “dövlət naziri”, “postunu” Vardanyana təhvil vermiş Artak Beqlaryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar haqqında deyib.

“Hüquq müdafiəçisi” və sabiq “dövlət naziri”ni narazı salan Klaarın dünən Qarabağda baş verən hadisəyə ermənilərin istədiyi formada reaksiya verməməsidir.

O və digər separatçılar gözləyirmiş ki, Klaar Azərbaycanın öz suveren ərzisində keçirdiyi əməliyyatı pisləsin və rəsmi Bakını ittiham etsin. Bakıya səfərə gələn Klaar isə öz “tviter” hesabında baş verənlərlə bağlı bunları yazıb: "Yenidən Bakıdayam. Münhen görüşlərindən sonra sülh prosesini inkişaf etdirmək üçün səbrsizliklə Azərbaycan rəhbərliyi ilə əsaslı görüşləri gözləyirəm. Ölümlə nəticələnən bugünkü insident stabil və ədalətli sülhə nail olmaq üçün danışıqların təxirə salınmadan irəliləməsinin vacibliyini bir daha təsdiqləyir”.

Göründüyü kimi, Klaarın dediklərində nə Azərbaycanın xeyrinə, nə də ermənilərin əleyhinə hər hansı bir məqam yoxdur. Lakin Ermənistanın və separatçıların şər, böhtan maşını hətta bu cür neytral açıqlamaları da qəbul etmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol