“ƏRDOĞANIN KÖLGƏSİNDƏ QALAN ADAM...” - Qərb mediası da Kılıçdaroğlunın şanslarını aşağı qiymətləndirir

Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident seçkiləri üçün artıq gerim sayım başlayıb. Ötən həftə “6-lı masa”dakı namizəd böhranından sonra, nəhayət, müxalifət ortaq məxrəcə gəlməyi bacarıb və öz namizədini açıqlayıb.

Sürpriz baş verməyib və müxalifətin namizədi Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu olub. Müxalifətin öz namizədini açıqlaması dünya mediasında da maraqla qarşılanıb.

Ankaradakı hadisələri anba-an izləyən Qərb və ABŞ mətbuatı Kılıçdaroğlunu “Ərdoğanın kölgəsində qalan adam”, “İndiyə qədər heç bir seçimi qazana bilməyən adam” manşetləri ilə təqdim ediblər.

ABŞ-ın aparıcı beyin mərkəzlərindən hesab olunan “Foreign Policy” nəşri də Türkiyədəki prezident seçkiləri ilə bağlı məqalə dərc edib.

“AzPolitika.info” xəbər verir ki, “Müxalifətin namizədi çətin bir mübarizə ilə qarşı-qarşıya” başlıqlı məqalədə prezident seçkilərindəki iki əsas namizədin – Rəcəb Tayyib Ərdoğan və Kamal Kılçdaroğlunun seçimi qazanma şansları dəyərləndirilib.

“Kılıçdaroğluyla müqayisədə Ərdoğan daha istedadlı natiqdir”.

“Foreign Policy” Ankarada yerləşən “Taepav” mərkəzinin analitiki Səlim Korunun bu sözlərinə yer verib: “Namizədlər izdihamlı kütlənin qarşısında təbii olmağa və sadəcə əlaqə qurmağa çalışırlar. Kılıçdaroğlu çıxış edəndə hər kəs beş dəqiqədən sonra telefonla oynamağa başlayır. Kılıçdaroğluyla müqayisədə Ərdoğan daha istedadlı natiqdir”.

“Ortaq mesaj yayınlamaq son dərəcə çətin olacaq”

Koç Universitetinin siyasi elmlər üzrə professoru Əli Çarkoğlu da Kılıçdaroğlunun izdihamlı kütlə ilə əlaqə qurmaq və natiqlik bacarıqlarının məhdud səviyyədə olduğunu vurğulayıb.

Bələdiyyə başçıları Əkrəm İmamoğlu və Mansur Yavaşa vitse-prezidentlik veriləcəyi vədinin Kılıçdaroğluna əlavə səslər gətirmə ehtimalının olduğunu ifadə edən Çarkoğlu, çox fərqli ideologiyalara malik 7 vitse-prezidentlə ortaq mesaj verməyin son dərəcə çətin olacağını bildirib.

“Forign Policy”-yə danışan İstanbul Sabancı Universitetinin siyasi elmlər üzrə professoru Berk Esen isə seçicilərin 10-15 faizinin qərarsız olmasını Kılıçdaroğlu üçün hələ də müəyyən şansın qalması kimi qiymətləndirib.

Nəşr yazır ki, qiymətlərin artması və valyutanın ucuzlaşmasına baxmayaraq, Ərdoğan xüsusilə mühafizəkar, millətçi və dindar türklər arasında öz populyarlığını qorumağı bacarıb.

Ərdoğanın minimum əmək haqqı və dövlət sektorunda maaşların artması ilə birlikdə səs payını xeyli artırdığı vurğulanıb.

Nəşr Ərdoğanın seçkidə 55-60 faiz səslə qalib gəlmə ehtimalının olduğunu, bu halda dolların müəyyən qədər bahalaşa biləcəyini də qeyd edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-03-10 09:22:52

Onsuz da, ÇHP-ye indiki hali ile ona millet ve devleti emanet etmek olmaz. Unutmayın ki, CHP-de Atatürk deyerlerinden heç ne kalmayıb artık. Bunu en çok da CHP üyeleri anlamalıdır. CHP -li kardeşlerimiz CHP Atatürkün partisidir deyib, oy verib ölkelerini fəlakətə sürüklememelidirler. Kılıçdaroğlu CHP demek deyil. Kılıçdaroğlu gözel bilir ki, bu onun son şansıdır. Ona göre de o bu şansı kaçırmamak üçün, tüm iç ve dış türk duşmanları ile her cür alçaklıklara və satkınlıklara gedib, ölkesini, milletini felakete sürüklemek için her şey yapmağa hazırdı bele. Amma başaramayacaklar. İnanırık ki, yüce Türk milleti bu fırsatşılara meydan vermeyecek.

Son yazılar