Menu

Şuşa bu ölkələrin şəhərləri ilə “Qardaşlaşmış şəhər” statusu altında əməkdaşlıq edəcək

12.03.2023, 12:22
Şuşa bu ölkələrin şəhərləri ilə “Qardaşlaşmış şəhər” statusu altında əməkdaşlıq edəcək

“Artıq 6 ölkənin müxtəlif şəhərləri ilə əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalanıb”.

Bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Səmayə Məmmədova APA-ya müsahibəsində bildirib.

“Mən xüsusi qeyd etməliyəm ki, Macarıstanın Vesprem şəhəri ilə biz “Qardaşlaşmış şəhər” statusunu almışıq və Vesprem şəhəri 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı seçilən 3 şəhərdən biridir”-deyə, Səmayə Məmmədova bildirib.

Qeyd edək ki, Şuşa 6 ölkə - Türkiyə, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Macarıstan, Koreyanın şəhərləri ilə “Qardaşlaşmış şəhər” statusu altında əməkdaşlıq edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol