“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 10 mart 2023- cü il tarixində Gənclər Fondunun dəstəyi ilə “Dəyərlərimizə sahib çıxaq” adlı layihəsinin son tədbirini İmişli rayonunda yekunlaşdırıb.
Rayonun 5 nömrəli tam orta məktəbində keçirilən tədbiri rayon İH nümayəndəsi İlkin Quluzadə açaraq iştirakçıları salamladı və bu mövzudakı tədbirlərin tərbiyəvi əhəmiyyət daşıdığını qeyd etdi. Məktəbin direktoru Validə Zülfüqarova mövzunun bu günümüz üçün çox aktual olduğunu qeyd etdi. O qeyd etdi ki, qloballaşma dövründə təəssüf ki, illərin sınağından çıxmış, ancaq bizim xalqa məxsus olan müqəddəs dəyərlərimizin çoxu bu gün aşınmalara məruz qalıb və getdikcə unudulur.
Təşkilatın təlimçisi tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. Natiq qədim dövrlərimizdə olan müqəddəs dəyərlərimizdən bu günümüzə gəlib çatan dəyərlərimizin unudulmaması üçün gənclərimizi klassik ədəbiyyatlarımızı öyrənməyə və muzeylərimizi tez-tez ziyarət etməyi tövsiyə etdi. Məktəbin müəlliməsi Nətavan Aslanova, şagirdlərdən Əlizadə Ruhi, Hüseynli Zəhra və başqaları mövzu ətrafında öz fikirlərini bildirdilər. Tədbir çay süfrəsindən sonra başa çatdı.


Şərhlər