Menu

Rusiya sülhməramlıları öz ampluasında - Separatçılar himayə edilir + VİDEO

13.03.2023, 18:16
Rusiya sülhməramlıları öz ampluasında - Separatçılar himayə edilir + VİDEO

Sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus iki UAZ markalı avtomobilin erməni separatçılarının üç UAZ markalı avtomaşınını müşayiət etməsinə dair yeni kadrlar yayılıb.

Görüntülərdən aydın olur ki, nəqliyyat vasitələri yenə də Xankəndi-Xəlfəli-Turşsu yolu ilə hərəkət ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyi bundan əvvəl də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi barədə görüntülərlə birgə məlumat yayıb. Bildirilib ki, qarşı tərəf Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qanunsuz erməni silahlı birləşmələri üçün silah-sursat, mina, hərbi ləvazimat və digər hərbi vasitələr tədarük etməklə, habelə bu yolla şəxsi heyətin döyüş mövqeyinə aparılması və rotasiyasını həyata keçirməklə ölkəmizin suverenliyini və üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozur. Baş verən hadisələr Azərbaycan tərəfindən Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını bir daha zəruri və qaçılmaz edib.

Şərhlər

dadaşyev 2023-03-13 21:16:36

İşğal altındakı torpaqlarımızı 4000-ə yaxın şəhidimizin qanı bahasına almağımızı rus murdarməramlıları Rusiyanın bu müharibəyə baş qoşmaması səbəbindən hesab edirlər və sanki buna görə biz onlara borcluyuq kimi sülhməramlı adıyla gəlib Azərbaycan torpaqlarında istədiklərini edə bilərlər deyə düşünürlər.Bizim rusbaşlar da belə düşünür hərhalda.Yəni qoşulmadılar,mükafat olaraq gəldilər.1992-ci ildə rəhmətlik Elçibəy çıxartmışdı rus qoşunlarını Azərbaycandan.1996-da Yeltsin ah-nalə edirdi ki ,4 il əvvəl biz səhv etdik rus qoşunlarını Azərbaycandan çıxarmaqla.Buyurun,üstündən 30 ilə yaxın keçdi,rus yenə girə bildi Azərbaycana.Adı nə olur olsun,sülhməramlı,eşşəkməramlı,donuzməramlı,girdi yəni.İndi deyirik 2025-ci ildə gedəcəklər.Mən dadaşyev olmaram onlar 2025-ci ildə Azərbaycandan getsələr.Siz nə düşüncədəsiniz yau kardeşim,siz nə ağıldasınız?Onlar axmaqdırlarmı buralardan getsinlər?

t.ədalət 2023-03-13 18:21:12

Seperatçılar elə putinçilərdir də.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol