Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.


Şərhlər
Yazıçı, dramaturq, ssenarist və s...böyük ictimai siyasi xadim və sadəcə ANAR...demək olar ki, bütün əsərlərini oxumuşam, hamısı əladır xalqımızın sərvətidir. Mən də təbriklərə qoşuluram və böyük ədibimizi yubileyi münasibəti ilə təbrik edirəm...