Menu

“HEÇ BİR YAXŞI XƏBƏR YOXDUR...” - Paşinyan partiyasının toplantısında nə deyib?

15.03.2023, 17:08
“HEÇ BİR YAXŞI XƏBƏR YOXDUR...” - Paşinyan partiyasının toplantısında nə deyib?

Ötən gün Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin toplantısı keçirilib.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatı toplantının gərgin keçdiyni bildirir.

Mətbuatın iştirak etmədiyi toplantı ilə bağlı Ermənistanın “Joxovurd” qəzeti öz mənbələrinə istinadla yazıb ki, iclas 4 saatdan çox davam edib və Baş nazir Nikol Paşinyan olduqca pis əhval-ruhiyyədə olub: “İclasın əvvəlində partiya üzvləri Paşinyandan Ermənistan ətrafında, dağlıq Qarabağda və xüsusilə də Laçın yolunda baş verənlərlə maraqlanıblar. Baş nazir deyib ki, bu məsələdə yaxşı heç nə, heç bir xəbər yoxdur”.

Yazıda qeyd olunur ki, iclas zamanı Paşinyanla sabiq Səhiyyə naziri, hazırda isə millət vəkili olan Arsen Torosyan arasında gərginlik yaşanıb. Torosyan kovid epidemiyası zamanı yol verilən yeyintilərə görə öz günahsızlığını sübut etməyə çalışıb və Paşinyana bununla bağlı izahat verib: “Lakin o, Baş nazirlə dil tapa və Paşinyanın onunla “yumşaq” davranmasına nail ola bilməyib. Paşinyan ona demək olar ki, qulaq asmayıb...”

Qəzet yazıb ki, böyük ehtimalla Torosyan bu görüşdən sonra öz deputat mandatından imtina edəcək.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol