Menu

Bakıda gənc qız əlillər binasından yıxılaraq ölüb

16.03.2023, 09:26
Bakıda gənc qız əlillər binasından yıxılaraq ölüb

Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, əlillər binası kimi tanınan yaşayış kompleksində yaşayan 1999-cu il təvəllüdlü Həbişova Səbinə Rahib qızı yataq otağının pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gənc qızın ölümünün dəqiq səbəbləri Sabunçu Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.

Şərhlər

t.ədalət 2023-03-16 11:16:34

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin səhvi hesabına əlillərin ayrıca binalara məhkum edilməsi əhali arasında həmin ünvanın "əlillər binası" kimi hallandırılmasına səbəb olub.Belə ayrı-seçkiliyi salanlar ,görəsən,utanırlarmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol