Menu

“Paşinyan geosiyasi bazarlıq aparır” - "Qərblə apardığı oyun da nəticə vermir”

16.03.2023, 14:59
“Paşinyan geosiyasi bazarlıq aparır” - "Qərblə apardığı oyun da nəticə vermir”

“Ermənistan hakimiyyətinin Qarabağı saxlamaq imkanı və arzusu yoxdur”

“Paşinyanın keçirdiyi mətbuat konfransının əsas məğzi cəmiyyəti Ermənistan hakimiyyətinin Qarabağı saxlamaq imkanının və arzusunun olmadığı fikrinə daha da uyğunlaşdırmaqdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu erməni politoloq Viqen Akopyan yerli mətbuata açıqlamasında bildirib.

Akopyan deyib ki, doğrudan da Paşinyanın Qarabağı Ermənistanın təsir dairəsində saxlamağa nə imkanı, nə də elə bir arzusu yoxdur. Baş nazir son mətbauat konfransında cəmiyyətə məhz bu mesajı çatdırmağa çalışıb: “Bu, başlıca mesaj idi. İkinci məqsəd Ermənistan hakimiyyətinin ciddi geosiyasi bazarlıq apardığını göstərmək idi. Bir tərəfdən növbəti dəfə ifadə olundu ki, Rusiya etibarlı təhlükəsizlik qarantı deyil. Hətta Paşinyanın dediyinə görə, Rusiya ilə hərbi-siyasi ittifaq təhlükəlidir. Ancaq digər yandan da Paşinyanın Qərblə apardığı oyun xüsusi bir nəticə vermir. Azərbaycan isə müəyyən nəticələr əldə edərək, sülh müqaviləsi adlanan sənəd layihəsinə fundamental dəyişikliklər edir”.

Erməni politoloq deyib ki, Rusiyadan üz çevirməyə çalışan Paşinyan Qərbdən istədiyi dəstəyi ala bilmir. Çünki Avropa və bütövlükdə Qərb üçün hazırda daha çox prioritet təşkil edən digər mövzular, istiqamətlər var. Həmçinin, onların bizim regiondakı geosiyasi və iqtisadi maraqları heç də hər zaman Ermənistanın maraqları ilə üst-üstə düşmür.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-03-17 00:14:29

Ermənilər həmişə xarici ölkələrdən özlərinə havadar axtarıblar ki,qonşularının üzərində hökmranlıq edə bilsinlər,qonşuların torpaqlarını qamarlasınlar.Əgər o xarici dövlət zəifləyərsə iyi uzaqdan hiss edən it kimi bunu başqalarından əvvəl hiss edərlər və o dövləti əvəzləyəcək dövlət arayarlar.Budur,indi Rusiyanın zəiflədiyini hiss ediblər hələ Ukrayna savaşından illərlə əvvəl və əvəzləyici dövlət axtarışına çıxıblar ki,sabah Rusiya öz qoşunlarını ermənistandan çəkməyə məcbur olarsa yerinə elə dövlətin qoşunu gəlsin ki,Qarabağı alıb onlara versin.Bütün siyasətləri buna köklənib bədbəxtlərin.Ona görə gah fransaya gedirlər,gah irandan mədət umurlar,gah hindistan xülyasına düşürlər,gah Almaniyaya cumurlar.Amma Rusiya və Türkiyənin qorxusundan heç bir kənar dövlət hələlik Qafqaza burnunu soxa bilmir.Üstəlik,Pakistan xofu var.Yatmış qəzəbli şir.Nə zaman nə edəcəyi bəlli olmaz,bir başlarsa “do diba” gedər.Ölümünə yəni.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol