Menu

Mərkəzi Gömrük Hospitalına yeni rəis təyin olunub

17.03.2023, 17:03
Mərkəzi Gömrük Hospitalına yeni rəis təyin olunub

Mərkəzi Gömrük Hospitalına yeni rəis (baş həkim) təyin olunub. Bununla bağlı martın 16-da müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev səhiyyə müəssisəsinin rəisi (baş həkim) təyin edilib.

Qeyd edək ki, B.Musayev 1982-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. O, indiyədək bir çox yerlərdə müxtəlif vəzifələrdə çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol