"Azərbaycan Sənaye Bankı"nın səhmdarı dəyişib - Abdulbari Gözalın qızı payını satıb

"Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) səhmlərinin 1 %-nə nəzarət edən Leyla Gözal Kurt (Bankın daxil olduğu "Azərsun Holdinq" MMC-nin prezidenti Abdulbari Gözalın qızı) payını satıb.

"Report" xəbər verir ki, onun payını holdinqə daxil olan "Azərbaycan Sənaye Sığorta" ASC alıb.

Şirkət həm də ASB-nin digər səhmdarı - "Anadolu İnvestment Kompani" MMC-nin payının 4,2 %-lik hissəsini əldə edərək payını 5,2 %-ə çatdırıb.

Əvəzində "Anadolu İnvestment Kompani"nin payı 98,4 %-dən 94,2 %-ə düşüb.

ASB-nin səhmlərinin qalan 0,6 %-i isə əvvəlki qaydada holdində daxil olan "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır.

635x100

Şərhlər

Azərbaycanlı 2023-03-19 14:47:52

Abdulbari Gğzəlin əsl milliyyətini bilən varmı?Azərsunda yığdığı haram pullarla Azərbaycanda at oynadıb.Bunu kim tapıb gətirib?Guya Azərbaycada ondanbacarqlı adam tapılmırdı?Bu məsələnin kökündə nəyin gizləndiyini nə zaman açacaqlar?Axı zərsun malları insanları xəstə salıb.Buna isə diqqət edən nədənsə tapılmır.Bunun sirrini kim açar?

Son yazılar