“Çox ciddi nəticələri olacaq” – Rusiya Ermənistanın bu qərarına sərt reaksiya verib

Son günlər Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) üzv olacağıyla bağlı yayılan xəbərlərə Rusiyadan sərt reaksiya gəlib.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın rəsmi xəbər agentliyi “RİA”-nın xarici işlər nazirliyindəki mənbələrinə istinadla yaydığı məlumatda bu addımın ikitərəfli münasibətlər baxımından “çox ciddi nəticələrinin olacağı” vurğulanıb.

Rusiya Ermənistanın bu addımını “qəbuledilməz” adlandırıb.

Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsinə dair order çıxarıb.

Bu qərara əsasən Putin Gürcüstan, Tacikistan, Venesuella da daxil olmaqla, BCM-yə üzv olan 123 ölkəyə səfər edə bilməz. Əgər Putin adıçəkilən ölkələrə getsə, onlar Rusiya Prezidentini həbs edib BCM-yə təhvil verməlidirlər.

Qeyd edək ki, BCM-nin bu qərarından sonra Ermənistan tərəfi gözlənilməz bir addım atıb. Belə ki, Ermənistan Konstitusiya Məhkəməsi BCM-nin Roma Statutunda təsbit olunmuş öhdəliklərini konstitusiyaya uyğun hesab edib. Yəni, əgər Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarı qüvvəyə minərsə, Putin Ermənistana səfər edəcəyi təqdirdə həbs oluna və Haaqa tribunalına verilə bilər.

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2023-03-28 14:17:50

Balam, Paşinyan lotuluğ eləyir, ikili oyun oynasa da oynamasa da...

Son yazılar