“Dünən Aktau terminalından 9.959 ton “Tengiz” nefti Səngəçal istiqamətində və daha sonra Azərbaycanın əsas ixrac boru kəməri olan BTC ilə Ceyhana çatdırılmaq üçün “Prezident Heydər Əliyev” tabkerinə yüklənib”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə neft-qaz sektoru üzrə mütəxəssis İlham Şaban bildirib. Ekspert əlavə edib ki, bu həftə “Tengiz” yatağından Bakı istiqamətində daha 10 min ton neft yüklənəcək.
“Apreldə isə ”Tengiz” layihəsindən BTC ilə daşıma üçün 120 min ton neft sifarişi qəbul edilib”, - təhlilçi qeyd edib.
İ.Şabanın sözlərinə görə, bu son deyil: “Martın 23-də Qazaxıstanın “Kaşağan” yatağından BTC ilə daşınmaq məqsədi ilə ilk sınaq nefti Aktau terminalında “Akademik Xoşbəxt Yusifzadə” tankerinə yüklənib. Adətən Aktau limanından “Azərtrans”ın Səngəcaldakı terminalına tankerlər hava şəraitindən asılı olaraq yolu 4-5 günə qət edir”.
Mütəxəssis bildirir ki, Xəzər dənzinin səvissəyinin azalması tankerlərin işinə müəyyən qədər təsir etsə də, hələlik narahatçılıq yaradacaq səviyyəsində deyil.
“Qazaxıstanda dəniz xeyli dayazdır. Xəzərin ən dərin hissəsi İran sularına düşür. Amma mənim diqqətimi çəkən o oldu ki, “Prezident Heydər Əliyev” tankerinin tam yükgötürmə qabiliyyəti 13,8 min ton olduğu halda, nədən bortuna 28% az neft götürüb” – deyə, ekspert qeyd edib.
Rasim
“AzPolitika.info”


Şərhlər