Ramazan ayının doqquzuncu günü - İmsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının doqquzuncu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 31-də imsak vaxtı saat 05:00-da, iftar vaxtı isə 19:18-dədir.

Martın 31-i üçün namaz vaxtları:

Sübh azanı 05:05
Günorta azanı 12:45
İkindi azanı 17:13
Axşam azanı 19:18
Yatsı azanı 20:20

Doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.

Tərcüməsi: “İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.

Allah orucunuzu qəbul eləsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar