Menu

“Mənim övladlarım preizdent olmayacaqlar” - Lukaşenkodan yeni açıqlamalar

31.03.2023, 15:52
“Mənim övladlarım preizdent olmayacaqlar” - Lukaşenkodan yeni açıqlamalar

Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa və parlamentə bugünkü müraciətində hakimiyyətdəki siyasi varislik məsələsinə də toxunub.

“AzPolitika.info” xəbər verir ki, Belarus Prezidenti onun övladlarının siyasi varisliyi ilə bağlı gəzən söz-söhbətləri təkzib edib: “Varislik barədə bütün söhbətləri kəsmək lazımdır. Mənim övladlarım prezident olmayacaqlar. Bunu yadda saxlamalı və bu mövzuda danışmamalısınız”.

Belarus Prezidenti dövlət başçısı kimi ölmək niyyətində olmadığını da bildirib: "Ömrümün sonunadək vəzifədə qalmaq, dövlət başçısı kimi ölmək niyyətində deyiləm. Ölkəmizin rifahı naminə çalışacağam".

Lukaşenko bununla yanaşı deyib ki, nə qədər ki o, sağdır “silahdaşları ilə birgə qazandıqları nailiyyətləri əldən verməyəcəklər”.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol