“Rusiya hərbi komandanlığının qış hücumu zamanı Donbasda nəzarət altına aldığı əraziləri genişləndirmək planı uğursuzluğa düçar oldu”.
“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının yaydığı hesabatda belə deyilir.
Hesabatda bildirilir ki, 2023-cü il yanvarın 11-də Baş Qəragah rəisi Valeri Gerasimov Ukraynadakı Rusiya qüvvələrinə komandanlığı şəxsən öz əlinə aldı: “Gerasimovun bu vəzifədə olması Donbasın bütün ərazisinin Rusiyanın nəzarətinə alınmasına hesablanan qış hücumu cəhdlərilə xarakterizə olunur. 80 gündən sonra daha çox aydın olur ki, bu layihə uğursuzluğa məruz qalıb”.
Sənəddə bildirilir ki, ötən dövr ərzində Rusiya ordusu keçən ilin payızında həyata keçirilən səfərbərlik hesabına əldə etdiyi müvəqqəti say üstünlüyü ilə cəbhədə çox cüzi və əhəmiyyətsiz irəliləyişlər əldə edə bilib ki, bu da 10 minlərlə rusiyalının ölümü və yaralanması hesabına başa gəlib.
Hesabatda o da bildirilir ki, on ildən artıqdır Baş Qərargah rəisi postunu tutan Gerasimov son məğlubiyətləri və uğursuzluqları ilə bir növ “Rusiya siyasi rəhbərliyinin səbrinin sərhədlərini sınağa çəkir”.
“AzPolitika.info”


Şərhlər