Menu

Türkiyə Kubokunda sensasiya: "Trabzonspor" mübarizəni dayandırıb

05.04.2023, 00:19
Türkiyə Kubokunda sensasiya: "Trabzonspor" mübarizəni dayandırıb

Futbol üzrə Türkiyə Kubokunda ilk yarımfinalçı bəlli olub. "Report"un məlumatına görə, 1/4 finalda "Trabzonspor"a 3:1 hesabı ilə qalib gələn "Ankaragücü" növbəti mərhələyə adlayıb.

Ankarada keçirilən görüşdə ilk qolu qonaqlar vurublar. Abdulkadir Ömür 22-ci dəqiqədə meydan sahiblərini cəzalandırıb. 51-ci dəqiqədə Ali Sou tarazlığı bərpa edib. 68-ci dəqiqədə Lamin Diak hesabı paytaxt təmsilçisinin xeyrinə dəyişib. Qarşılaşmada son nöqtəni isə 83-cü dəqiqədə dubl edən Sou qoyub.

Qeyd edək ki, "Ankaragücü"nün yarımfinaldakı rəqibi "Qalatasaray" - "Başakşehir" cütünün qalibi olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol