Menu

Məhəmməd Psixiatriya Xəstəxanasından çıxdı, ilk açıqlamanı verdi - VİDEO

05.04.2023, 16:47
Məhəmməd Psixiatriya Xəstəxanasından çıxdı, ilk açıqlamanı verdi - VİDEO

Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək onu ictimailəşdirən və daha sonra Psixiatriya Xəstəxanasına yerləşdirlən 16 yaşlı Məhəmməd Hacıyev xəstəxanadan buraxılıb.

Musavat.com xəbər verir ki, psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmmədin qardaşı Əli Hacıyev qardaşını həmin xəstəxanadan çıxarıb.

Bu barədə "Ümid ilə gəl” verilişinin aparıcısı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

O, Əlinin qardaşına sahib çıxdığını deyib.

Məhəmməd bütün izləyicilərə üzünü tutaraq deyib: "Məni düşünmüsünüz, bundan sonra narahat olmayın. Uşaqlar evində qalan dostlarıma da demək istəyirəm ki, narahat olmayın, hər şey düzələcək”.

Həmin videonu təqdim edirik:


Şərhlər

Cəbtayıl 2023-04-05 21:10:38

Bəs bu internatın direktoru kimin adamıdır ki,onu gizlədirlər,otyaya çıxmır.Ən maraqlısı isə onun
sözünə görə sağlam uşağ dəlixanaya salırlar,r.doğrunu deyən xəstəxana baş həkimini isə işdən azad edirlər. Bu anatxizm deyilmi? bəs hanı hökumət,qanun mühafizləri?

Türk Turan 2023-04-05 18:26:54

Halaldı belə qardaşa, maşallah! Allah zalımlara lənət eləsin!

Roma 2023-04-05 17:31:29

Halal olsun Tarix bəyə, bax buna deyərəm Allah sənə və yanındakı o cavanlara kömək olsun...min yaşayın...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol