Menu

Güney Azərbaycandakı məktəblərdə kütləvi kimyəvi zəhərlənmələr baş verib

07.04.2023, 13:17
Güney Azərbaycandakı məktəblərdə kütləvi kimyəvi zəhərlənmələr baş verib

Fars rejimi Güney Azərbaycanın şəhərlərindəki məktəblərə növbəti dəfə kimyəvi hücum həyata keçirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin rəhbəri Əsgər Cəfəri mediaya açıqlamasında bildirib.

Marağa və Əcəbşir şəhərlərində qızların təhsil aldığı iki orta məktəbdə 95 şagirdin zəhərlənərək xəstəxanalara yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın 9-da Qum şəhərində qeydə alınıb.

Bu günə kimi ölkənin 26 əyalətinin 233 məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

“AzPolitika.info”

Şərhlər

Azərbaycanlı 2023-04-07 14:45:01

böyük ehtimal qız uşaqlarının zəhərlənməsi sonradan onların ana olmaq sağlamlığında dərin izlər buraacaq--iran rejimi belə dəhşətli namərd bir rejimdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol