Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova Hindistana səfərə gedib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın NDTV kanalı xəbər yayıb. Bu, müharibə başlayandan Hindistana edilən ilk yüksək səviyyəli səfərdir.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Caparovanın səfəri aprelin 12-dək davam edəcək. Onun Hindistan xarici işlər nazirinin müavini Sanja Verma ilə görüşəcəyi gözlənilir. Görüşdə ikitərəfli münasibətlər, Ukraynadakı vəziyyət və qlobal mövzular ətrafında müzakirələrin aparılacağı gözlənilir.
Caparova həmçinin dövlət xarici işlər və mədəniyyət naziri Meenakşi Lekhi və milli təhlükəsizlik müşaviri Vikram Misri ilə görüşəcək.
“AzPolitika.info”


Şərhlər